Androloqun ilkin konsultasiyası

Androloq – kişi cinsiyyət sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi, habelə profilaktikası ilə məşğul olan həkimdir.

Problemin aktuallığı bu xəstəliklərin yaranma hallarının həddən artıq artması və onların gecikmiş diaqnostikası ilə əlaqədardır. Ən çox yayılmış patologiyalardan biri kişilərdə onkoloji xəstəliklər arasında ikinci yeri tutan prostat vəzi xərçəngidir.

Göstərişlər:

  1. Kişilərdə sidik ifrazının və erektil funksiyanın pozulmaları.
  2. Xarici cinsiyyət orqanlarının (cinsiyyət üzvü, xayalıq) ölçüsünün dəyişilməsi.
  3. Cinsiyyət orqanları nahiyəsində ağrı, səpgilərin və əlavə törəmələrin olması.
  4. Sidik kanalından ifrazatlar, sidikdə qan qarışığı.
  5. Qasıq nahiyəsində limfa düyünlərinin böyüməsi.
  6. Bir il ərzində sonsuz nikah.
  7. Ereksiya zamanı cinsiyyət üzvünün deformasiyası.
  8. Yaşın 50-dən yuxarı olması (prostat vəzi xərçənginin erkən diaqnostikası məqsədi ilə şikayətləri olmayan kişilər üçün profilaktik müayinə).

"Parasels" tibb mərkəzimizdə həkim-androloq ilkin qəbulda Sizdən şikayətlərinizi soruşacaq, daha sonra xəstəliyin tarixçəsini aydınlaşdıracaq: xəstəlik nə zaman və nədən  başlayıb, nədən sonra baş verib və xəstəliyin səbəbi nə ola bilərdi: bütün bunlar — müayinənin vacib mərhələsidir və çox zaman ilkin diaqnoz qoymağa və xəstəliyin səbəbini aşkara çıxarmağa imkan verirlər.

Aşağıdakı suallara cavab verməyə hazır olun:

  1. Sidik ifrazının pozulmalarını, ayaqyoluna getmə qrafikini, sidik ifrazı aktını yerinə yetirmək üçün hər hansı üsullardan istifadə etmək zərurətini təsvir edin.
  2. İntim münasibətlərdə yaşanan problemlərlə bağlı şikayətlərinizi ətraflı təsvir edin.
  3. Yaxşı olar ki, cinsi tərəf müqabilinizin ginekoloji sağlamlıq vəziyyəti barədə tibbi sənədləri gətirəsiniz.

Daha sonra həkim sizi müayinə edəcək: aşağıdan qurşağadək soyunmağa hazır olun. Müayinə zamanı həkim xarici cinsiyyət orqanlarının müayinəsini və palpasiyasını, düz bağırsaq vasitəsilə prostat vəzinin müayinəsini aparacaqdır.

Şikayətləri dinlədikdən, anamnezi topladıqdan və sizi müayinə etdikdən sonra sonrakı müayinə planı tərtib ediləcəkdir, plana daxil olan bütün müayinələri Siz qısa müddət ərzində, rahat şəraitdə və müasir avadanlıqda keçə bilərsiniz. Diqqət yetirin ki, əksər hallarda təyin edilən müayinələr bir-birini istisna edən deyil, bir-birini tamamlayan olur.

 

 

* Saytda göstərilən qiymətlər və test nəticələrinin hazır olma müddətləri məlumat xarakteri daşıyır, cari dövr üçün aktualdır və ödəniş tarixinə dəyişdirilə bilər.

Sayt açıq təklif deyil. Əlaqə mərkəzi operatorlarından məlumatı telefonla yoxlayın

image image image image image image