Oftalmoloqlun ilkin konsultasiyası

Oftalmoloq – gözlər və görmə qabiliyyəti ilə bağlı xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olan həkimdir.

Görmə orqanları — insana onu əhatə edən aləmin mənzərəsini görməyə imkan verən vacib hissiyyat orqanlarından biridir. Tamamilə məntiqidir ki, görmə qabiliyyətinin pisləşməsi qavrama itiliyinin və ümumilikdə həyat keyfiyyətinin azalmasına səbəb olur. Buna görə də, gözlərin sağlamlığına diqqət etmək və problemlər yarandığı halda, təxirə salmadan mütəxəssisə — oftalmoloqa müraciət etmək lazımdır.

Oftalmoloqa nə zaman müraciət edilməlidir?

Görmə funksiyasının və gözlərin vəziyyətinə nəzarət etmək üçün ildə bir dəfə oftalmoloqun qəbulunda olmaq lazımdır.

Göstərişlər:

  • gözlər tez yorulur, quruluq yaranır, tez-tez narahatlıq hiss olunur;
  • görmə qabiliyyəti azalır, görmə sahələrinin daralması hissi yaranır;
  • gözlər qızarır, göz qapaqları şişir;
  • gözlər, gicgahlar nahiyəsində, qaşların üstündə ağrı hissi;
  • əşyaların konturlarının qeyri-dəqiq, bulanıq olması, təhrif olunması, əşyaların ikiləşməsi;
  • xüsusilə işıq mənbələri ətrafında əlvan halqalar, qığılcımlar, qara nöqtələr;
  • gözlərdən ifrazatlar;
  • rəngləri tanımaqda çətinlik;
  • mexaniki, termiki, kimyəvi travmadan sonra;

Aşağıdakı xəstəliklər zamanı oftalmoloqa vaxtında müraciət etmək vacibdir:

  • şəkərli diabet;
  • qalxanabənzər vəzinin xəstəlikləri;
  • hipertoniya xəstəliyi;
  • ürək-damar xəstəlikləri;
  • keçirilmiş kəllə-beyin travmalarından sonrakı vəziyyətlər;
  • dağınıq skleroz;

Kimlər oftalmoloqa mütəmadi olaraq müraciət etməlidirlər?

  • eynək və ya kontakt linzalardan istifadə edən şəxslər;
  • göz xəstəliklərinə irsi meyli olan insanlar;
  • hamiləliyi planlaşdıran qadınlar;
  • kompüterdə işləyən insanlar;
  • qlaukoma diaqnozu qoyulmuş şəxslər;
  • yaşı 45-dən yuxarı olan insanlar;
  • gözlərdə hər hansı cərrahi müdaxilə və ya travma keçirmiş insanlar.

Oftalmoloqun qəbuluna necə hazırlaşmaq lazımdır?

İlk növbədə sizi narahat edən bütün şikayətləri yadınıza salmalı və qeyd etməlisiniz ki, həkimə hər şeyi təfərrüatları ilə danışasınız. Həkim sizdən qohumlarınızda olan göz xəstəlikləri barədə soruşa bilər.

Əgər pasiyent başqa bir həkimdə müşahidə olunmuşdursa, bütün tibbi rəyləri, müalicə müddətində qəbul edilmiş preparatların qeyd olunduğu reseptləri gətirmək lazımdır.

Pasiyent kontakt linzalardan istifadə edirsə, qəbuldan bir saat əvvəl onları çıxarmaq lazımdır.

"Parasels" çoxprofilli klinikasının həkim-oftalmoloqları qəbul zamanı oftalmoloji problemlərin mövcud olub-olmadığını aşkara çıxaracaq və ya lazım gələrsə, diaqnozun dəqiqləşdirilməsi və ya təsdiqlənməsi üçün diaqnostik prosedurların proqramını işləyib hazırlayacaqlar. Klinik mənzərə müəyyən edildikdən sonra həkim, o cümlədən proqressiv metodikalardan istifadə etməklə pasiyentə müalicə təyin edir.

Vaxtında qoyulmuş diaqnoz — sağlamlığın maksimum dərəcədə effektiv və sürətlə bərpasının rəhnidir.

* Saytda göstərilən qiymətlər və test nəticələrinin hazır olma müddətləri məlumat xarakteri daşıyır, cari dövr üçün aktualdır və ödəniş tarixinə dəyişdirilə bilər.

Sayt açıq təklif deyil. Əlaqə mərkəzi operatorlarından məlumatı telefonla yoxlayın

image image image image image image