Pulmonoloqun ilkin konsultasiyası
Pulmonologiya − ağciyər, plevra, traxeya və bronx xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur.
Tənəffüs orqanlarının xəstəlikləri ölkəmizin əhalisinin ümumi xəstələnmə strukturunda liderlik edir. Bu xəstəliklər bütün halların 25%-ni təşkil edir və yeni pasiyentlərin sayı hər il artır.
Həkim-pulmonoloq nə zaman lazımdır?
- Həftələrlə/aylarla davam edən quru və ya yaş öskürək;
- Bəlğəmin xarakterinin dəyişilməsi: bəlğəmdə irinin, qanın olması, öskürək zamanı çəhrayı rəngli köpüyün ayrılması;
- Sinədə tənəffüs və ya öskürək zamanı güclənən ağrı;
- Axşam və ya gecə vaxtı öskürəyin güclənməsi;
- Nəfəsvermənin və ya nəfəsalmanın çətinləşməsi, o cümlədən müəyyən şəraitlərdə: qoxular, heyvanlar və bitkilərlə təmas, havanın temperaturunun və ya hava şəraitinin dəyişilməsi zamanı.
- Minimum fiziki yüklənmə zamanı təngnəfəslik.