Uşaqların ümumi massajı (1 yaşdan 3 yaşa qədər)

1-3 yaşda uşaqların inkişaf özəllikləri

  • 1 yaşa çatmış uşaqların fiziki aktivliyi artır,ancaq hərəkət koordinasiyası tam deyil,bu da tez-tez yıxılmalara səbəb olur.Ətrafdakiların danişiğını başa düşür,amma özü max.8-10 söz ifadə edir.
  • 1,5 yaşa artıq uşaqlar pilləkənlərdən qalxa bilirlər və dar yoldan,onun sərhədlərində cıxmadan,keçə bilirlər.Eyni zamanda ayaq və əllərlə hərəkət edə bilirlər,amma bu hərəkətləri növbə ilə etmyə üstünlük verirlər- cünki əlaqələndirilmiş hərəktlər onlar üçün hələ də çətindir.2-3 sadə sözdən cümlə qura bilirlər
  • 2 yaşa çatdıqda bu bacarıqlardan əlavə olaraq xırda əşyaları , oyuncaqları,onları yerə salmadan istifadə edə bilirlər,uşaq balaca topu nisbətən uzaqa ata bilir və 15 sm qədər maneləri,tarazlığı itirmədən kecə bilir,hərəkət koordinasiyaları nisbətən yaxşılaşır.Danışıqda artıq isimlərdən əlavə olaraq sifət də olur,rəng və əşyaların forması anlamı yaranır.Artıq inkişaf etmiş xırda motorika piramidaların quraşdırmaı kimi çətin tapşırıqlar həll etməyə imkan yaradır.
  • 3 yaşda uşaq artıq dəqiq koordinasiya,çeviklik tələb edən və bədən tarazlığını saxlaya bilən hərəkətlər edir.Və uşaqa onun gələcək düzgün inkişafı üçün artıq hərəkət sərbəstliyi lazımdır(onun təhlükəsizliyi nəzərə alınaraq)

Uşaq massajının faydaları

  • Ümumi qüvvətləndiriçi effekt,orqanizmin müdafiyə gücünü artırma
  • Əzələ-birləşdirici apparatın və oynaqların möhkəmlənməsi
  • respirator xəstəliklərə yoluxmanı azaltmaq məqsədi ilətənəffüs orqanlarının funksiyasının yaxşılaşdırılması,
  • Bütün əzələlərin yaxşılaşdırılmış tonusu onurğa sümüklərinin dəyişiklərinin,düzpəncəliyin və aşağı ətrafların deformasiyasınln profilaktikasınl təmin edir.
  • Hərəkət koordinasiyasının inkişafı və yaxşılaşdırılması,çeviklik və dəqiqlik,həmçinin tarazlıq hissi

Uşaq massajının özəllikləri

  • Kürək,yanlar və qarın massajı zamanı hərəkətlərin ardıcıllığına individual yanaşma
  • Ətrafların massajı zamanı hərəkətlər mərkəzdən- kənara doğru,çiyindən- əl barmaqlarına,ombadan- pəncəyə doğru olmalıdır
  • Massaj texnikaları 3-5 dəfə olunur,seans ortalamada 30-40 dəqiqə cəkir.
  • Uşaq massajı uşağın hər bir vəziyyətində,həmçinin oturduğu və ayaq üstə olduğu halda icra olunur

Uşaq gimnastikasının özəllikləri

  • Hərəkətlər oyun formasında icra olunur və bütün qrup əzələlərə yönəldirilir.
  • Hər bir öyrənilmiş hərəkət 3-5dəfə təkrarlanır,yeni isə 1-2 dəfə
  • Gimnastika üçün optimal vaxt səhərdir.
  • Dəstək- hərəkət apparatının problemlərini həll etməyin əsas şərti gimnastikanın mütəmmadiliyidir
  • Kompleks(massaj+gimnastika)müalicənin yüksək effektivliyini təmin edir,yalnız massajla və yaxud yalnız gimnastika ilə əzələ tonusunu qaldırmaq və lazımı qaydada sağlamlığı gücləndirmək olmaz
  • Gimnastikadan öncə otaq havalandırılır,son qida qəbulundan 1 saatdan az olmayaraq vaxt kecməlidir.Hərəkətləri yeməkdən 1 saat öncə bitirmək lazımdır.
* Saytda göstərilən qiymətlər və test nəticələrinin hazır olma müddətləri məlumat xarakteri daşıyır, cari dövr üçün aktualdır və ödəniş tarixinə dəyişdirilə bilər.

Sayt açıq təklif deyil. Əlaqə mərkəzi operatorlarından məlumatı telefonla yoxlayın

image image image image image image