Plastik cərrahın konsultasiyası
Bu gün üzdə və bədəndə olan həm fiziki həm də psixoloji narahatlıq yaradan anadangəlmə və ya qazanılmış qüsurlardan plastik əməliyyatın köməyi ilə asanlıqla qurtulmaq mümkündür. Burun, göz qapaqları, sinə formasının dəyişilməsi çiyinlərin, qarın ön divarının, ombaların, ayaqların korreksiyası - bu və digər plastik cərrahiyyə növləri klinikamızın pasiyentləri üçün əlçatandır. Bu, günümüzün gözəllik ideyalarına uyğun olaraq bu, bir mərhələli əməliyyat və ya qüsurun görünüşü ilə nəticələnən ağır zədələrdən və ya müalicədən sonra çox mərhələli rekonstruktiv müdaxilə ola bilər.
Plastik cərrahın konsultasiyası- görünüşünüzü düzəltmək və ya bərpa etmək üçün ilk addımdır. Qüsurlardan azad olmaq istəyən xəstələr illərin təcrübəsi olan plastik cərrahların çalışdığı bizim klinikaya müraciət edə bilərlər. Səylər yalnız xəstənin istəyini nəzərə alaraq qüsuru düzəltməyə deyil, həm də plastik cərrahiyyə əməliyyatına məruz qalmış orqanın funksiyasını qoruyub saxlamağa və ya bərpa etməyə yönəldilmişdir.
GÖSTƏRİŞLƏR:
- üz və bədənin estetik korreksiyası;
- yaşla bağlı dəyişikliklərin aradan qaldırılması;
- yağ yataqlarının çıxarılması;
- sinə formasının dəyəşəlməsi və döşü götürdükdən sonra rekonstruksiya
- intim plastika
- çapıqların korreksiyası;
ƏKS GÖSTƏRİŞLƏR:
- infeksiya və ya iltihabi prosesinin kəskinləşməsi;
- bəzi qan xəstəlikləri;
- onkoloji patologiyalar;
- ruhi xəstəliklər
- yanaşı gedən dekompensasiya mərhələsində olan patologiyalar (şəkərli diabet, ürək xəstəliyi, ağciyər xəstəliyi, qaraciyər xəstəliyi və s.).
Əks göstərişlər mütləq (plastik cərrahiyyə aparılması mümkün olmayan) və ya nisbi - bu halda plastik cərrahiyyə təxirə salına bilər, və maneələr aradan qaldırıldıqdan sonra edilə bilər (məsələn, infeksiya və ya iltihabın kəskinləşməsi halında), allergik reaksiya və s.) .
Siz sərfəli qiymətə Avropa Beynəlxalq Hospitalda onlayn və ya..............nömrəsinə zəng etməklə konsultasiyaya yazıla bilərsiniz.