Kombinə olunmuş üz təmizləmə preseduru

Üzün kombinə olunmuş təmizlənməsi

Üzün kombinə olunmuş təmizlənməsi – üzün aparatla və mexaniki üsulla təmizlənməsinin kombinasiyasıdır.

 

Bu metodika dəri problemləri ilə mübarizənin ən effektiv metodlarından biridir.

Göstərişlər:

"Parasels" TM-də üzün kompleks təmizlənməsi aşağıdakı dəri problemlərini həll etməyə kömək edir:

  • solğunluq
  • yağlı parıltı
  • sızanaqlar
  • qara nöqtələr
  • genişlənmiş və ya tıxanmış məsamələr
  • şişkinlik

Əks-göstərişlər:

  • təmizlənən nahiyədə kəsiklər, yaralar, çatlar;
  • ekzema;
  • dermatit;
  • psoriaz;
  • herpetik səpgilər;
  • güclü iltihabi proses;
  • iş zonasında çox sayda xalların olması;
  • üz dərisində göbələk xəstəlikləri.

 

Prosedur necə keçir?

  • Dərinin mexaniki çirklənmələrdən təmizlənməsi.
  • Səthi təbəqənin yumşaldılması.
  • Epitelin səthi qatlarının yüngül pilinqi.
  • Dermanın ultrasəslə işlənilməsi.
  • Xüsusi alətlə qara nöqtələrin mexaniki üsulla təmizlənməsi.
  • Üzə dərini sakitləşdirən və əlavə olaraq, genişlənmiş məsamələri daraldan maskanın çəkilməsi.

Təmizləmə prosedurunun müddəti 60-90 dəqiqədir.

Prosedurdan sonra tövsiyələr:

Mənfi reaksiyaya yol verməmək üçün, prosedurdan sonra 2-3 gün ərzində aşağıdakı tövsiyələrə əməl etmək lazımdır:

  • 2-3 gün müddətinə dekorativ kosmetikadan imtina edin, sıx teksturalı tonal vasitələrdən istifadəni 4-5 gün müddətinə təxirə salın;
  • pilinqlərdən, skrablardan istifadə etməyin;
  • evdən çıxmazdan əvvəl günəşdən qoruyucu krem çəkin;
  • hamama, saunaya, hovuza, solyariyə getməyin.

Nəticələri qoruyub saxlamaq üçün təmizləmə prosedurunu hər 1-2 aydan bir aparmaq tövsiyə olunur.

 

* Saytda göstərilən qiymətlər və test nəticələrinin hazır olma müddətləri məlumat xarakteri daşıyır, cari dövr üçün aktualdır və ödəniş tarixinə dəyişdirilə bilər.

Sayt açıq təklif deyil. Əlaqə mərkəzi operatorlarından məlumatı telefonla yoxlayın

image image image image image image