Vaksinasiya öncəsi mütəxəssisin konsultasiyası
Vaksinasiyadan əvvəl mütəxəssisin konsultasiyası
Vaksinasiya və ya peyvəndlər – bakteriya və virus mənşəli xəstəliklərin etibarlı və effektiv profilaktikasıdır.
Bununla yanaşı, vaksinasiya uşağın və ya yetkin şəxsin immun sisteminə ciddi müdaxilədir. İnsan orqanizminə onun üçün yad olan bioloji material (zəiflədilmiş canlı mikroblar və ya viruslar, inaktivləşdirilmiş mikroblar və ya viruslar, xəstəlik törədən mikroorqanizmlərin zülalları) və ya sintetik vaksinlər yeridilir. Məqsəd — uşaq və ya böyük orqanizminə xəstəlik törədicilərinin nüfuz etməsi zamanı düzgün immun cavabı verməyi "öyrədən" immun sisteminin süni stimullaşdırılmasıdır.
Vaksinasiyadan əvvəl mütəxəssisin konsultasiyası nə üçün lazımdır?
Müayinənin məqsədi — aşağıdakılar nəzərə alınmaqla, konkret pasiyentin vaksinasiyasını "burada və indi" həyata keçirməyin mümkünlüyünü müəyyən etməkdir:
cari sağlamlıq vəziyyəti
inkişaf və doğuş tarixçəsi, irsiyyət, keçirilmiş xəstəliklər
artıq qəbul edilmiş peyvəndlər
Həkim uşaq və ya böyük orqanizminin peyvənd oluna biləcəyinə və bu zaman vaksinasiyadan sonrakı fəsadların yaranma riskinin minimal olacağına əmin olmalıdır. Konsultasiya vaksinasiyadan bilavasitə əvvəl aparılır. Əgər konsultasiyanın nəticələrinə əsasən, vaksinasiyaya icazə verilirsə, vaksinasiya üçün heç bir tibbi əks-göstəriş yoxdursa, vaksinasiya konsultasiyadan və müayinədən dərhal sonra həyata keçirilir.