Cərrah-oftalmoloqun ilkin konsultasiyası
Cərrah-oftalmoloqun ilkin konsultasiyası
Cərrah-oftalmoloq – görmə orqanının cərrahi müalicəsini yerinə yetirən dar profilli həkimdir.
Əməliyyatlar büllurda, torlu qişada, buynuz qişada, damarlarda, sklerada, gözün əzələlərində həyata keçirilə bilər. Katarakt, qlaukoma kimi xəstəliklər, törəmələrin çıxarılması üzrə ixtisaslaşan həkim öz pasiyentlərinin görmə qabiliyyətini bərpa edir.
Hansı sindromlarda həkimə müraciət etmək lazımdır?
Gözlər qarşısındakı təsvir ikiləşir, bulanıq olur və ya parıltılar, dairələr əmələ gəlir.
Daimi quruluq və ağrı hissi.
Bir və ya hər iki gözdə görmə qabiliyyəti qəfil pisləşir.
Gözlərdən xoşagəlməz ifrazatlar, göz yaşının nəzarətsiz axması.
Gözlər tez yorulur, işıqdan qorxma yaranır.
Eynək seçmək problemə çevrilir və ya eynək taxarkən narahatlıq, baş ağrısı hiss olunur.
Gözün travması baş vermişdir, gözə yad əşya düşmüşdür, gözdə "qum" hissiyyatı.
Klinikamızda Siz böyüklərdə və uşaqlarda görmə sisteminin kompleks müayinəsi üçün okulistin qəbuluna yazıla bilərsiniz. Klinikamızda yüksək ixtisaslı həkimlər sizi konsultasiya və müalicə edəcəklər.
Tibbi yardım üçün vaxtında müraciət bir çox xəstəliklərin inkişafının qarşısını almağa, görmə itiliyini uzun müddət qoruyub saxlamağa imkan verir.