Mammoloq-onkoloqun ilkin konsultasiyası

Mammoloqlun konsultasiyası

Mammoloq süd vəzilərinin xəstəliklərinin diaqnostikası, müalicəsi və qarşısının alınması ilə məşğul olan həkimdir. Onkoloji xəstəliklər cəmiyyətdə və tibbdə getdikcə daha çox rast gəlinir. Problemin aktuallığı bu xəstəliklərin çoxalması və gec diaqnoz qoyulması ilə bağlıdır. Ən çox rast gəlinən patologiyalardan biri də qadın onkoloji xəstəlikləri arasında birinci yeri tutan süd vəzi xərcəngidir

Mammoloqa müraciət etməli olduğunuz simptomlar

Profilaktik müayinədən əlavə, həkimlər aşağıdakı simptomlar olduqda dərhal bir mammoloqa müraciət etməyi məsləhət görürlər:

  • Süd vəzində bərkimələr olduqda
  • Süd vəzilərinin böyüməsi və ya formasının dəyişməsi;
  • Döşdə ağrısı;
  • Süd vəzinin giləsindən axıntı (xüsusilə tünd rəngdə - qanlı, qara, qəhvəyi, tünd yaşıl);
  • Süd vəzilərinin zədələnməsindən sonra bərkimələr
  • Qol altındakı limfa düyünlərinin böyüməsi;
  • Sinə və ya məmə nahiyəsində dəri dəyişiklikləri.

Mammoloqa nə qədər tez-tez müraciət etmək lazımdır?

Vəziyyət fövqəladə deyilsə, planlı qəbula gəlmək məsləhətdir:

  1. Dövrün 6-12-ci günü (dövrün başlanğıcı menstruasiyanın 1-ci günü hesab olunur). Optimal qəbul və müayinə vaxtının fərdi hesablanması menstruasiya müddətindən və dövrün müddətindən asılı olaraq aparılır: süd vəzilərinin müayinəsi üçün optimal vaxt menstruasiya bitdikdən sonra dövrünün ikinci mərhələsinə qədər olan müddətdir.
  2. Siz özünüzlə əvvəlki müayinələrin nəticələrini (mütəxəssislərin rəyləri, ultrasəs, mammoqrafiya, sitologiya və s. nəticələri) götürməlisiniz. Mamogramları (filmləri) də gətirmək məsləhətdir.
  3. Əgər siz endokrinoloq və/və ya ginekoloq - endokrinoloq tərəfindən müayinə və müalicə olunmusunuzsa, o zaman bu nəticələrin dəözünüzlə gətirməniz məsləhətdir, çünki bu məlumat süd vəzisi xəstəliklərinin səbəbini öyrənmək və gələcəkdə müalicəni təyin etmək üçün vacibdir.

Avropa Beynəlxalq Hospitalda ilkin qəbulda mammoloq sizdən şikayətləriniz barədə soruşacaq, bundan sonra xəstəliyin tarixini öyrənəcək: hər şey nə vaxt və necə başlayıb, ondan əvvəl nə olub və xəstəliyə nə səbəb ola bilər: hamısı bu müayinənin mühüm mərhələsidir və tez bir zamanda ilkin diaqnoz qoymağa və xəstəliyin səbəbini müəyyən etməyə imkan verir.

Suallara cavab verməyə hazır olun:

  1. Menstruasiya neçə yaşda başlayıb?
  2. Menstruasiya neçə gün davam edir? (aybaşının başlanğıcından növbətinin başlanğıcına qədər).
  3. Bu gün dövrünüzün hansı günüdür? (son menstruasiyanın başlanma günü).
  4. Sizdə premenstrual sindrom var? (menstruasiyadan əvvəl süd vəzilərində şişkinlik və ağrı).
  5. Hər hansı bir əməliyyat və ya ciddi xəsarət almısınız?
  6. Qeydiyyatda olduğunuz və həmçinin hal-hazırda da müntəzəm müalicə aldığınız xroniki xəstəlikləriniz varmı? (ən vacib olan).
  7. Neçə hamiləlik və neçə doğuş olub?
  8. Laktasiya? (əgər varsa neçə aydır).
  9. Onkoirsiyyəti: 1-ci, 2-ci və 3-cü dərəcəli qohumlar haqqında məlumat vacibdir.
  10. Allerqoanamnez: (dərmanlara allergiya).

Bundan sonra baxış keçiriləcək: yuxarıdan belə qədər soyunmağa hazır olun. Düzgün müayinə; mammoloq müainəni ayaq üstə və uzanmış vəziyyətdə, bəzən də yana çevrilmiş vəziyyətdə aparacaq.

Avropa Beynəlxalq Hospitalda şikayətlər, anamnez və müayinələr toplandıqdan sonra ən qısa müddətdə, rahat şəraitdə və müasir avadanlıqla tam şəkildə keçə biləcəyiniz əlavə müayinə planı tərtib ediləcək.

Əziz Qadınlar! Avropa Beynəlxalq klinikada süd vəzilərinin xəstəliklərinin diaqnostikası üçün lazım olan bütün müasir avadanlıqlar var ki, bu da vaxtında müayinədən keçmək, istənilən xəstəliyi erkən mərhələdə müəyyən etməyə imkan verir. Bu, yalnız bədxassəli patologiyalara aid deyil. Çox vaxt asimptomatik o keçən bir çox xəstəlik var ki, vaxtında diaqnoz və müalicə olmadıqda, daha ciddi patologiyalara və buna görə də nəticələri həmişə uğurlu olmayan daha çətin və bahalı müalicəyə səbəb ola bilər.

Süd vəzilərin müayinəsini nə qədər tez-tez etmək lazımdır?

 Hər ay süd vəzilərini müayinəsini aparmaq vacibdir: müəyyən bir özünü müayinə texnikası var, bu müddət ərzində xəstə süd vəzilərinin və limfa düyünlərinin vəziyyətini etibarlı şəkildə qiymətləndirə bilər; ilkin qəbulda bu üsul izah edilir və təfərrüatlı şəkildə nümayiş etdirilir.

  Bəzi hallarda, müayinələrin nəticələrinə əsasən, şiş, şişdən əvvəlki patologiya və ya şiş patologiyasının inkişaf riski və/və ya irsi faktorlar olduqda, süd vəzilərinin mamoqrafiyası və ya ultrasəs müayinəsi mammoloqun təyinatına əsasən daha tez-tez həyata keçirilməlidir.Bütün bu aspektlər Avropa Beynəlxalq Hospitalının mütəxəssisləri tərəfindən ayrı-ayrılıqda qiymətləndirilir.

Süd vəzilərin patologiyasının müalicəsi.

Müayinələrin nəticələrindən asılı olaraq konservativ və ya cərrahi ola bilər.

  1. Konservativ müalicə.

Mastopatiyanın müxtəlif formaları, məmə kistlərizamanı içra olunur.. Bir çox hallarda inkişaf edən xoşxassəli şişlər və mastopatiyanın düyünlü formaları müalicə olunur, mastopatiyanın müalicəsi üçün müasir dərmanların təyin edilməsi ilə onların tam rezorbsiyası effektinə nail olmaq mümkündür. Müalicə qeyri-hormonal və hormonal olur

1.1 Qeyri-hormonal terapiya üsulları:

  • Həyat tərzi, rejim və pəhriz ilə bağlı tövsiyələr.
  • mastopatiyanın müxtəlif formalarının müalicəsi və xərçəng patologiyasının qarşısının alınması üçün dərmanların təyin edilməsi (hazırda mövcud olanlar, o cümlədən yerli analoqlar).
  •  homeopatik vasitələrin təyin edilməsi  (daha az üstünlük verilir, çünki təsir zəif və qısamüddətlidir; bu dərmanlarla müalicənin effektivliyinə dair elmi əsas yoxdur).
  • vitamin terapiyası.
  • xüsusi məlhəmlərlə yerli terapiya.
  • anti-stress terapiyası.

2.2 Hormonal terapiya. Fərdi müayinədən və hormonal və ginekoloji vəziyyətin qiymətləndirilməsindən sonra bginekoloq və ya ginekoloq-endokrinoloq tərəfindən təyin edilə bilər,hər kəsə təyin edilmir.

    Əziz qadınlar!AvropaBeynəlxalq Hospital müasir və effektiv müalicə təyin edir, bu müalicə nəticəsində süd vəzilərində ağrı və narahatlığın nə olduğunu uzun müddət unudacaqsınız, eyni zamanda onkopatologiyanın qarşısı alinmiş olacaq. Siz həmçinin ən qısa müddətdə göstərişlərinizə uyğun olaraq sizə tövsiyə oluna biləcək bütün lazımi əlaqəli mütəxəssislərdən (ginekoloq, endokrinoloq, ginekoloq-endokrinoloq) məsləhət ala bilərsiniz. Onların hamısının bu sahələrdə böyük təcrübəsi var. Həmçinin Avropa Beynəlxalq hospitalda siz bu mütəxəssislərin təyinatı ilə bütün lazımi əlavə müayinələrdən keçə bilərsiniz.

  1. Cərrahi müalicə.

  Bəzi hallarda cərrahi müdaxilə qaçılmaz olur. Xəstəliyin daha da inkişaf etməsinə,geniş və həcmli əməliyyatlara gətirib cıxaracaq və xəstəliyin proqnaz verə biliməyəcək səviyyəsinə gəlməməsi üçün əməliyyatı vaxtında və keyfiyyətlə etmək vacibdir!

Bizdə onkoloq-mammoloqun ilkin konsultasiyası yüksək keyfiyyətli və ucuzdur! ☏... nömrəsinə zəng edərək və ya onlayn olaraq mammoloqun qəbuluna yazıla bilərsiniz. ✔

 

* Saytda göstərilən qiymətlər və test nəticələrinin hazır olma müddətləri məlumat xarakteri daşıyır, cari dövr üçün aktualdır və ödəniş tarixinə dəyişdirilə bilər.

Sayt açıq təklif deyil. Əlaqə mərkəzi operatorlarından məlumatı telefonla yoxlayın

image image image image image image