Bu müddətdə olunan USM şəkildə az məlumat var -embrion uzunluğu bir necə mm.dir.Lakin,hamiləliyin gedişatını bilmək üçün elə bu kifayət edir
Adətən ultrasəs apparratında ilk planlı müayiə hamiləliyin 10-12 həftəsində təyin olunur.Bu müddətin US müayinəsi göstərir ki uşaqda üz,formalaşmış ürək var,əzələlər yaranmaqa başlayıb.Embrion dölə çevrilir.Bu müayinə mütləqdir,çünki məhs elə bu müddətdə olunan USm zamanı diqqətli həkim qüsurların,pozuntuların olması və Daun sindromuna şübhəni görə bilər.Pozuntuların əlamətlərini gördüyü halda həkim hamiləliyi dayandırmaq və yaxud müvafiq müalicə tövsiyyə edə bilər
İkinci planlı USM 22-24 həftədə olunacaq.Bu müddət olunan USM şəkilə əsasən demək olar ki artıq dölün bütün orqanları(həm daxili,həm xarici)formalaşıb.Dölün düzgün inkişaf etməsi,onun ölçüləri,plasentanın vəziyyəti və onun uşaqlıqda yerləşməsi haqda məlumatları həkim 24 həftə olunan USM də görə bilər.
36-38 həftə 3-cü planlı USM vaxtıdır.USM şəkildə paraktiki olaraq tam formalaşmış uşağı görmək olar.Bütün orqanlar formalaşəb,hisslər fəaliyyət göstərir.Balaça insan dünyaya gəlməyə hazırdır.
Bu müddətlərdə başqa USM əlavə də təyin etmək olar,aşağıda qeyd olumuş şübhələr yarandığda
- düşük təhlükəsi
- patoloqiyalar və normadan kənar hallar olduqda
- ektopik hamiləlik olduqda
Plndan kənar USM düşük təhlükəsi olduqda və qadının halının pisləşməsi hallarda icra olunur.