Qarın boşluğu damarların doppler ultrasəs müayinəsi
Qarın boşluğu damarlarının USDQ-sı(ultrasəs dopleroqrafiyası və ya dupleks skan metodikası)-bu qarın aortasında,boş vena və onun şaxələrində qan dövranını,aşağı boş venada və onun şaxələrində ,həzm orqanlarına cavabdeh damarlarda qan dövranının vəziyyətinin öyrənən prosedurdur.
Bu prosedur erkən mərhələlərdə qarın boşluğu damarlarının xəstəliklərini ,qaraciyər disfunksiyasını,böyrəklər və mədəaltı vəz xəstəliklərini diaqnostika etməyə imkan yaradır.
USDQ tibbi praktikada geniş istifadə olunur.Bu prosedura əks göstəriş,və yaş məhdudiyyəti yoxdur.Ağrısızdır,təhlükəsizdir və insan orqanizminə kontrast maddə yeridilmədən icra olunur.
Müayinəyə göstərişlər.
USDQ nə demək olduğunu aydınlaşdıqdan sonra ,bu müayinənin təyinatına göstərişləri müəyyən etməliyik.
Ağırlıq hissi
Qarın nahiyyəsində ağırlıq hissi hər zaman cox qida qəbulu,zəhərlənmə və ya zərərli qida qəbulu ilə bağlı olmur.Ağırlıq qaraciyər və böyrək çatmamazlığı,həzm orqanlaranı qidalandıran qarın boşluğu damarlarında qan dövranının pozulmasınin simptomu ola bilər.Qarın boşluğu damarlarının dopleroqrafiyası(USDQ qarın boşluğu)qan dövranının keyfiyyətini dəqiq təyin etməyə və hansı miqdarda və hansı sürətlə qan mədəyə,qaraciyərə,böyrəklərə və digər orqanlara axdığını qiymətləndirməyə imkan yaradır.
Köp
Köp qaraciyər,ürək ,böyrəklər,mədə və başqa orqanlarla bağlı olan cox sayda xəstəliklərin müşayiət edə bilər
Ağrı sindromu
Qarın nahiyyəsində ağrı sindromu xəstələri qida qəbulundan sonra narahat edə bilər və ya daim ola bilər.Ağrı daxili orqanların patoloqiyası ilə və ya damarların işində pozuntu ilə əlaqəli ola bilər.Qarın aortasının anevrizması qarında ağrı ilə müşayiət oluna bilər.Qan dövranının ağrı ilə muşayiət olunan başqa patoloqiyalarına kəskin ə ya xroniki mezenterial işemiya, işemik kolit(yoğun bağırsağa kifayət qədər qan daxil olmur),vaskulit aid etmək olar.