Hamilə qadınların USM 3-cü trimestr

3-cü trimestrdə USM hamiləliyin 30-34 həftələrində aparılır.Diaqnostikanın aparılmavbmüddətinin korreksiyası da mümkündür.Əgər 2-ci trimestrdə olunan USM müayinədə dəyişiklər aşkarlanmışdırsa,o zaman 3- cü trimestr USM 28-30 cu həftələrdə aparılır.Müalicə həkimin tövsiyyəsinə əsasən USM -ni daha gec müddətlərdə də təkrarlayırlar.3-cü trimestrdə dölün daha tez böyüməsi müşahidə ounur,buna görə cigtin və hamilə qadının bütün orqan və sistemlərinin adaptasion-kompensator mexanizmlərin üzərinə düşən yük coxalır.Bu səbəbdən 3-cü trimestrdə hamiləliyin dinamik nəzarəti cox vacibdir.Həmçinin hamiləliyin axırıncı trimestrində ultrasəs diaqnostikası doğuşa yardım üçün böyük rol oynayır.Bu vaxt artıq dölün orqanizmi tam formalaşıb və həkim ultrasəs diaqnostikasının köməyi ilə körpənin və onun anasının doğuşa hazırlığının bütün parametrlərini qiymətləndirə bilir.

3-cü trimestrdə USM skrininq aşağıdaki göstəriciləri təyin etmək üçün nəzərdə tutulmuşdur.

dölün çəki və ölçüləri,onların normaya uyğunluğu;-dölün uşaqlıqda yerləşməsi;-cigtin yerləşməsi;-ciftin yetişmə dərəcəsi;-göbək çiyəsinin dolaşmasının olması;-hamiləliyin son müddətlərində yaranan dölün inkişaf anomaliyalarının aşkarlanması;-amniotik mayenin keyfiyyət və kəmiyyətinin qiymətləndirilməsi(coxsululuq,azsululuq);--uşaqlıqda olan çapığın qiymətləndirilməsi.Həmçinin, eytiyac duyulduğda uşaqlıq boynuna baxış,uşaqlığın,artımların və doğuş yollarının vəziyyətinin qiymətləndirilməsi.

3-cü trimestrdə USM zamanı dölün qan dövranı və hipoksiyası haqqda cox məlumat verən uşaqlıq-cift damarlarının doplerometrik müayinənin də olunması məqsədəuyğundur.

3-cü trimestrində USM necə keçir?

USM abdominal sensor ilə olunur-qarnın ön divarından.Müayinə müddəti 20-30 dəq.

USM olunmaq üçün xüsusi hazırlıq tələb olunmur.

* Saytda göstərilən qiymətlər və test nəticələrinin hazır olma müddətləri məlumat xarakteri daşıyır, cari dövr üçün aktualdır və ödəniş tarixinə dəyişdirilə bilər.

Sayt açıq təklif deyil. Əlaqə mərkəzi operatorlarından məlumatı telefonla yoxlayın

image image image image image image