Qalxanabənzər vəzin USM

Qalxanabənzər vəz-yod toplayan və hormonlar sintez edən daxili sekresiya hormonudur.Qalxanabənzər vəz hormonal tənzimlənmə sistemində vacib rol oynayır,maddələr mübadiləsinin normallaşmasına, toxumaların və bütün orqanizmin inkişafına cavabdehdir.

USM qalxanabənzər vəz-ultrasəs avadanlığı ilə icra olunan diaqnostik prosedurdur.

Bu sadə,təhlükəsiz və yüksən informativ müayinə metodudur.

Bu müayinə ilə aşağıdaki parametrləri təyin etmək olar:

  • yerləşmə;
  • ölçü;
  • vəzin strukturunu qiymətləndirmək
  • yenitörəmələri aşkarlamaq
  • iltihabi prossesin lokalizasiyasını təyin etmək

Yüksək dəqiqlikliyi ilə seçilir.Bu metod ilə 2 mm.dən cox olan yenitörəmələri diaqnostika etmək mümükündür.

Diaqnostikanı aparmaq üçün əlavə imkanlarla təchiz edilmiş (dopleroqrafiya)müasir apparatlar istifadə olunur.Yüksəktezlikli sensorlar qalxanabənzər vəzin və ətrafında olan əzələlər,damarlar,limfa düyünlərin vəziyyətini düzgün qiymətləndirməyə imkan verir.Dopleroqrafiya metodu ilə vəzdə və yaxındaki limfa düyünlərinin qan axınının səviyyəsini təyin etmək olur.

Qalxanabənzər vəzin USM hazırlıq:

Vəzin səthi yerləşdiyinə görə xüsusi hazırlıq tələb olunmur

Qalxanabənzər vəz USM göstərişlər:

Profilaktik baxış və yaxud effektli diaqnostika metodlarından biri kimi həkim -endokrinoloq tərəfindən təyin olunmuş hallarda (göstəriş olduqda )

Qalxanabənzər vəzin müntəzəm olaraq yoxlanılması aşağıdaki xəstəlilərin diaqnostikasında böyük rol oynayır.:

  • Yenitörəmələr;
  • Xoşxassəli düyünlər;
  • Kİstlər;
  • bədxassəli yenitörəmələr;
  • Metastazların olması;
  • Qalxanabənzər vəzin iltihabi xəstəliklərinin olması;
  • Tireoidit;
  • Diffuz toksiki zob;
  • İnkişaf anomaliyaları;

Avropa Beynəlxalq Hospitalda qalxanabənzər vəzin USM yazılmaq üçün......nömrəsi iləəlaqə saxlayın

* Saytda göstərilən qiymətlər və test nəticələrinin hazır olma müddətləri məlumat xarakteri daşıyır, cari dövr üçün aktualdır və ödəniş tarixinə dəyişdirilə bilər.

Sayt açıq təklif deyil. Əlaqə mərkəzi operatorlarından məlumatı telefonla yoxlayın

image image image image image image