Üst dodaq (5 prosedur)
Üst dodaq (5 prosedur)
Üst dodağın lazer epilyasiyası – arzu olunmayan tüklərin təmizlənməsi prosedurudur.
Lazer epilyasiyası kurs şəklində icra edilən estetik tibbi prosedurdur və pasiyentin istəyinə əsasən aparılır. Lazer öz şüalanması ilə arzu olunmayan tük follikullarına təsir edərək onları məhv edir.
Göstərişlər:
- bu nahiyədə həddən artıq tüklənmə;
- qadınlarda çənə nahiyəsində tünd rəngli tükcüklər;
- taraşdan, depilyasiya kreminin və mumun istifadəsindən, şuqarinqdən sonra qıcıqlanma;
- çənə zonasında içəri batmış tükcüklər;
- üzün bu nahiyəsində tükləri tamamilə təmizləmək istəyi.
Əks-göstərişlər:
- fotodermatoz – işıq şüalarına qarşı yüksək həssaslıq;
- lazerin təsir edəcəyi nahiyədə iri xallar;
- onkologiya;
- üzün aşağı hissəsində və dodaqlarda səpgilər;
- soyuqdəymə simptomları, səhhətin pisləşməsi;
- intensiv qaralma;
- toxumaların işığa qarşı həssaslığını artıran fotosensibilizəedici preparatların qəbulu.
Prosedur necə keçir?
"Parasels" tibb mərkəzində lazer epilyasiyası müasir “Magic one” diod lazerində aparılır. Prosedur tibbi təhsili olan, “Magic one” lazerində işləmək üçün əlavə təlim keçmiş təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir.
Prosedurun gedişi:
- Pasiyent rahat kresloda yerləşdirilir.
- Lazım gələrsə, həkim sprey və ya məlhəm şəklində yerli təsirli ağrıkəsici vasitədən istifadə edir.
- Kosmetoloq və pasiyent gözlərin torlu qişasını lazerin təsirindən qorumaq üçün xüsusi eynək taxırlar.
- Dəri antiseptiklə işlənilir.
- Həkim işlənilən zonaya təmas geli çəkir.
- Kosmetoloq aparaturanı sazlayır, cihazın köməyi ilə tükcüklərin olduğu nahiyələrə lazer şüası ilə təsir edir. Pasiyent yüngül iynə batma hiss edə bilər.
- Prosedur başa çatdıqdan sonra dəri sağaldıcı və yumşaldıcı vasitə, məsələn, Pantenol ilə işlənilir.
- 20-30 dəqiqədən sonra prosedur başa çatır, müştəri evə gedə bilər.
Üstünlükləri:
- qısa müddət – işlənilən sahə çox kiçik olduğundan, seans 10-15 dəqiqə davam edir;
- ağrının olmaması – soyuducu gel və quraşdırılmış soyutma sistemi sayəsində;
- istənilən, hətta kürən rəngli və zərif tükcükləri təmizləmək imkanı;
- dəri xəsarət almır, heç bir yanıq və çapıqlar olmur;
- içəri batmış tüklərin yaranma riski yoxdur;
- prosedur müxtəlif çalarlı dərilər ((I-IV tip) üçün uyğundur.
Prosedurun təsirləri:
Lazer epilyasiyasının əsas təsiri böyümə fazasında olan tüklərin tökülməsidir. Buna görə də bütün tüklərin təmizlənməsi üçün təkrar prosedurlar tələb olunur. Bundan əlavə, hər bir prosedurdan sonra tüklərin nazikləşməsi və rənginin açıqlaşması, eləcə də onların böyümə sürətinin yavaşlaması baş verir.
Seansdan sonra nəticə dərhal görünmür, sonrakı 2-3 həftə ərzində işlənilmiş nahiyədə tüklərin tədricən tökülməsi müşahidə olunacaq.
Davamlı nəticənin əldə edilməsi üçün prosedurlar arasında ilkin olaraq 4 həftə fasilə verməklə 5-11 prosedurun yerinə yetirilməsi tələb olunur.